“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub.
 
Klubun yarımmüdafiəçisi Pedro Enrike ÇL-in qrup mərhələsinin ikinci turunda “Roma” ilə hazırda davam edən matçın 29-cu dəqiqəsində fərqlənib. Bununla da o, həmçinin ÇL-in qrupunda Azərbaycan futbol tarixində qol vuran ilk oyunçu olub.
 
Qeyd edək ki, Azərbaycan klublarından ilk dəfə “Qarabağ” ÇL qrup mərhələsində oynamaq hüququ qazanıb.
 
RePost.Az

Baxış sayı: 3238 | Tarix: 27.09.2017
Bizi Telegramda izləyin: @repostaz