Xəstəxanaya yerləşdirilən  İlham İdrisovun həyatını xilas etmək mümkün olmayıb.
 
Bakı-Quba yolunun  Pirvahid kəndinə dönən hissəsində  "Audi" markalı avtomobil piyada, 1964-cü il təvəllüdlü, Quba şəhər sakini İlham İdrisovu  vurub. REPOST.AZ-ın İstiPress-ə istinadən verdiyi məlumata görə o, xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
 
REPOST.AZ
 

Baxış sayı: 2611 | Tarix: 28.11.2016
Bizi Telegramda izləyin: @repostaz