Avqustun 23-də gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 22-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq

Baxış sayı: 2060 | Tarix: 22.08.2025
Bizi Telegramda izləyin: @repostaz