Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.
 
RePost.Az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək, yolun kənarındakı maneə dirəyinə çırpılıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı avtomobili əzilsə də, xoşbəxtlikdən özünə bir şey olmayıb.
 
Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir. Məlumatı Ağdam klubundan da təsdiqləyiblər.
 
RePost.Az

Baxış sayı: 3352 | Tarix: 11.10.2017
Bizi Telegramda izləyin: @repostaz