Ankarada Rusiya səfiri Andery Karlova sui-qəsd edən polisin öldürülməsinin səbəbi açıqlandı. 
 
RePost.Az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyata rəhbərlik edən təhlükəsizlik ənəkdaşının  sözlərinə görə, Mərt Altıntaşın təslim olması üçün ona yetərincə vaxt verilib. Lakin o təslim olmaqdan imtina edərək, buradan ölü çıxacağını bəyan edib. Polis əməkdaşları onu sağ ələ keçirmək üçün ayağına atəş açıblar. Mərt yerə yıxılarkən əlini cibinə aparıb. Altıntaşın binanı partlatmaq istədiyini zənn edən əməliyyatçılar ona öldürücü atəş açıblar.
 
RePost.Az 
 


Baxış sayı: 3040