FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır. RePost.Az-ın məlumatına görə, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.
 
Budəfəki tədbirdə ilk dəfə olaraq ən yaxşı qapıçılar da seçilib.
 
İtaliya millisinin və “Yuventus”un baş məşqçisi Canluici Buffon əsas rəqibləri Keylor Navas ("Real Madrid”, İspaniya) və Manuel Noyeri ("Bavariya”, Almaniya) qabaqlayıb.
 
Qeyd edək ki, Buffon “Yuventus”la ötən mövsüm A seriyasında çempion olub.
 
RePost.Az

Baxış sayı: 4948 | Tarix: 23.10.2017
Bizi Telegramda izləyin: @repostaz