Azərbaycanda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.

RePost.az xəbər verir ki, Qafqazinfo-ya bu dəqiqələrdə daxil olan məlumatına görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ana və qızı qazdan boğulublar. Belə ki, 1983-cü il təvəllüdlü Kəmalə Qarayeva və 3 yaşlı qızı Nərgiz hamamda çimərkən qaz sızması baş verib. Ana və qız zəhərlənərək vəfat ediblər.

Kəmalə Qarayevanın əslən Ağdam rayonundan olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

RePost.az

 


Baxış sayı: 2193 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz