ABŞ prezidenti Donald Tramp Vyetnamda rusiyalı həmkarı Vladimir Putinlə görüşməyəcək.

RePost.Az xəbər verir ki, bu haqda “Blomberg” agentliyi ABŞ liderinin mətbuat katibi Sara Sandersə istinadən bildirib.

Mətbuat katibinin sözlərinə görə, buna səbəb Ağ Evin başçısının sıx qrafikidir.

Qeyd edək ki, bu gün Vyetnamın Dananq şəhərində Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti başlayır. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Vyetnamda görüşün olacağı barədə xəbəri təsdiqləmişdi.


Baxış sayı: 3447 | Tarix: 10.11.2017
Bizi Telegramda izləyin: @repostaz