Azərbaycan Kubokunun 4/1 final mərhələsinin cavab görüşləri keçirilib.

RePost.az-ın "Neftçi" PFK-nın rəsmi saytına istinadən bildirir ki, "Neftçi" PFK-nın baş məşqçisi oyun sonrası mətbuat konfransında cavab görüşü haqqında fikirlərini dilə gətirib.

Elxan Abdullayev: "Ağır oyun olacağını bilirdik"

 

"Ağır oyun olacağını bilirdik. Bununla belə, istəyimizə nail olub, yarımfinala yüksəldik. Bu bizim üçün çox vacib idi. Komandamızın üzvlərini təbrik edirəm.Bilirdim ki, iki oyunun nəticəsinə görə mərhələni biz adlayacağıq, amma futbolçuların arxayınlaşmaması üçün onlara demişdim ki, sona qədər mübarizə aparmaq lazımdır. O ki qaldı "Zirə”nin 4 qol vurub mərhələ adlamasına, rəqibimiz indiyə qədər hansı komandaya 4 qol vurub ki, bizə də vursun?!”

 

Qeyd edək ki, "Neftçi"  səfərdə "Zirə"-yə 3 cavabsız qolla qalib gəlmişdi.

RePost.az


Baxış sayı: 2877 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz