Eks müğənni, tanınmış iş xanımı Ruhi Əliyeva sosial layihə həyata keçirib.

RePost.Az
publika.az-a istinadən xəbər verir ki, o, qadınlara qarşı zorakılıq mövzusunda olan layihədə kameralar qarşısına keçib. İnstaqram hesabında bununla bağlı paylaşım edən müğənni fotonun şərh bölməsinə bu sözləri yazıb:

“Qadın güclü olduğu qədər də zəifdir. Bəşəriyyətin boynuna düşən borclardan biri də onu qorumaq, sahib çıxmaqdır. Qadını danışmağa məcbur etmək üçün min üsul var, susdurmağa isə sadəcə bir - şiddət! Amma “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir”. Bu qəsdə göz yummayın, səbəbkarı olmayın!”

Qeyd edək ki, layihədə bir neçə yerli məşhur yer alıb. Onlardan biri də Əməkdar artist Röya Ayxandır.


Baxış sayı: 2630 | Tarix: 21.11.2017
Bizi Telegramda izləyin: @repostaz