Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
 
RePost.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,79 dollar və ya 1,38% azalaraq 56,35 dollar təşkil edib.
 
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi əsasında “AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb. 
 
Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq. 
 
RePost.az
 

Baxış sayı: 2459 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz