Dünən “Qarabağ”- “Çelsi” oyununu idarə edən portuqaliyalı hakimi “Wikipedia”da "öldürüblər". 
 
RePost.Az-ın a24.az-a istinadən verdiyi məlumata görə, heç bir ciddi qayda pozuntusu olmadığı halda Rəşad Sadıqova qırmızı vərəqə göstərən bununla da komandamızı azlıqda qoyan Manuel de Souzanı ölüm tarixini 22 noyabr, yerini isə Bakı göstəriblər.
 
Qeyd edək ki, Manuel Xorxe Neves Moreyra de Souza “Qarabağ”- “Çelsi” oyununun 19-cu dəqiqəsində Rəşad Sadıqova qırmızı vərəqə göstərərək, komandamızı azlıqda qoyub və təmsilçimizin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Bu da bütün azarkeşlərdə qıcıq yaradıb. Qeyd edək ki, bu addım ironik olaraq atılıb və reallığı əks etdirmir.
 
RePost.Az

Baxış sayı: 3713 | Tarix: 23.11.2017
Bizi Telegramda izləyin: @repostaz