Quba rayonunda yol-nəqliyyat hadisə qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 11-ci km-də qeydə alınıb. Rayon sakini Seyidşah Atagülovun idarə etdiyi “Hyundai” markalı sərnişin avtobusu idarəetməni itirərək ağaca çırpılıb.
 
Quba Şəhər Avtovağzalının növbə rəisi Rəhman Dadaşov faktı təsdiqləyib. Onun sözlərinə görə, qəzaya səbəb avtobusun sükanında yaranan problem olub. Bu səbəbdən idarəetməni itirən sürücü maşını ağaca çırpıb, yüksək sürət olmadığı üçün xəsarət alan yoxdur.
 
Quba rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.
 
RePost.Az

Baxış sayı: 3542 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz