Ötən gün Ağcabədidə səfərdə olan prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə baş çəkib. 
 
RePost.Az-ın məlumatına görə, burada müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib. 
 
İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb. 
 
Ona interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir. 
 
Prezident özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb. 
 
RePost.Az


Baxış sayı: 2497 | Tarix: 29.11.2017
Bizi Telegramda izləyin: @repostaz