Əfsanəvi hind aktyoru və rejissor Şaşi Kapur vəfat edib.
 
RePost.Az xəbər verir ki, Kapur uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.
 
Şaşi Kapur digər əfsanəvi aktyor Rac Kapurun kiçik qardaşı idi. O, ən məşhur Bollivud filmlərində müxtəlif obrazlar yaradıb. Onun “Avara”, “Məhəbbət böyük qüvvədir”, “Siddihatra”, “Cənab Şekspir”, “Divar”, "Doğma qan", "Ram və Şankar" və s. filmləri məşhur idi.
 
RePost.Az

Baxış sayı: 3162 | Tarix: 04.12.2017
Bizi Telegramda izləyin: @repostaz