Qarşılaşmanın 53-cü dəqiqəsində ev sahibləri fərqlənərək 1:0 önə keçdilər.
 
Perotti yaranmış fürsətdən məharətlə yararlanaraq komandasını önə çıxara bildi. Sonrakı dıqiqələrdə komandamız heabı bərabərləşdirməyə yaxın olsa da, dəqiqlik çatışmadı. Nəticədə "Qarabağ" Romadan əliboş dönməli oldu.
 
***
 
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissənin ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb.
 
Oyunun 14-cü dəqiqəsində "Roma"nın futbolçusu Kostas Manolasın güclü zərbəsini "Qarabağ"ın qapıçısı İbrahim Şehiç dəf etməyi bacarıb. Növbəti təhlükəli vəziyyəti isə görüşün 22-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Dino Ndlovu yaradıb. Hücumçunun güclü zərbəsinə baxmayaraq top qapıdan keçməyib. 
 
İlk hissəsinin sonuandək "Roma" futbolçuları Ağdam təmsilçisinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, görüşdə hesab açılmayıb.
 
***
 
Bu gün Çempionlar Liqasında VI tura start veriləcək. RePost.Az xəbər verir ki, qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu "Qarabağ" səfərdə "Roma" ilə qarşılaşacaq. 
 
Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olacaq. Çünki matçın nəticəsi komandamızın mövqeyinə təsir etmıəyıcık. İstənilən halda C qrupunda sonuncu yerdə olan "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında başa vuracaq. 
 
Amma bu qarşılaşma rəqib komanda üçün çox əhəmiyyətlidi. Çünki 1/8 finala vəsiqə qazanmaq üçün italiyalılar mütləq qələbə qazanmalıdı. Əks təqdirdə "Atletiko" üçün şans yaranacaq. "Roma" isə xal itirsə, "Çelsi"nin qələbəsinə ümid bəsləməlidirlər. 
 
Qeyd edək ki, "Qarabağ" "Roma" ilə Bakıda keçirilən II turda 1:2 hesabı ilə uduzmuşdu.
 
 
Çempionlar Liqası
 
Qrup mərhələsi, VI tur
 
C qrupu
 
5 dekabr
 
23:45. "Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan)
 
"Roma": 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi
 
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson
 
Baş məşqçi: Eusebio de Françesko
 
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye
 
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
 
Baş məşqçi: Qurban Qurbanov
 
Baş hakim: Tobias Stieler
 
Roma. Olimpiya stadionu
 
RePost.Az

Baxış sayı: 3200 | Tarix: 05.12.2017
Bizi Telegramda izləyin: @repostaz