Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub.

 

RePost.Az bildirir ki, yeni naziri kollektive Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

 

R. Mehdiyev M. Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib.

 

M. Cabbarov kollektiv qarşısında çıxış edib.

 

Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 5-də Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edərək, bu vəzifəyə Mikayıl Cabbarovu təyin edib. M. Cabbarov buna qədər təhsil naziri vəzifəsində çalışıb.


Baxış sayı: 2573 | Tarix: 06.12.2017
Bizi Telegramda izləyin: @repostaz