Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili barəsində irəli sürülən ittiham əsasında Kiyev şəhər Peçerski rayonunda məhkəmə prosesi keçirilib.
 
RePost.Az-ın məlumatına görə, məhkəmədə Saakaşvili deputatların zaminliyinə buraxılıb.
 
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur.
 
RePost.Az

Baxış sayı: 3447 | Tarix: 11.12.2017
Bizi Telegramda izləyin: @repostaz