Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.
 
RePost.Az xəbər verir ki, bu münasibətlə dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək H.Əliyevin məzarını ziyarət ediblər.
 
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.
 
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.
 
RePost.Az

Baxış sayı: 3029 | Tarix: 12.12.2017
Bizi Telegramda izləyin: @repostaz