2014-cü ildə Dağlıq Qarabağda ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üşün Fransada petisiya başladılıb.
 
Bu barədə RePost.Az-a Parisdə fəaliyyət göstərən "Ulduz" assosiasiyasından məlumat verilib. Məlumata görə, “İnsan hüquqları üzrə Avropa Məhkəməsi: Erməni silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslərin sərbəst buraxılması” ərizəsinə  3000 imza tələb olunur.
 
Kampaniyaya qoşulmaq istəyən şəxslərdən bu ərizəni ad, soyad və email adresini qeyd etməklə elektron imzalamaq və səhifəni dostlarla bölüşmək xahiş olunur: http://chn.ge/2yMlI49
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 12.12.2017
Bizi Telegramda izləyin: @repostaz