Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur.
 
RePost.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsində əks olunub.
 
Maddədə bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştiak edir.
 
Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
RePost.Az

Baxış sayı: 2174 | Tarix: 13.12.2017
Bizi Telegramda izləyin: @repostaz