Gəncədə 18 yaşlı qız beşinci mərtəbədən yıxılıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsi, bina №1-də baş verib. 1998-ci il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 23.12.2016
Bizi Telegramda izləyin: @repostaz