Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı yeni məlumatlar əldə edilib.

RePost.Az milli.az-a istinadən xəbər verir ki, Karlov sui-qəsdi ilə bağlı Türkiyə ilə birlikdə araşdırma aparan Rusiya polisləri Mövlud Mərt Altıntaşın kompüterindən silinmiş faylları bərpa etdiriblər.

Türkiyəli polislərdən sonra Rusiyalı polislər də Mövlüd Mərt Altıntaşın kompüterində axtarış aparmaq istəyiblər. Onlar "hard diski" Rusiyaya apararaq diskdən silinmiş faylları bərpa ediblər.

 

Onlar Altıntaşın kompüterindən Fetullah Gülənə aid 2 fayl, "Hizmet" adlı 690 qovluq və Nur Cemaati adlı bir məlumatın silindiyini aşkarlayıblar. Araşdırma aparan şəxslər "hard disk"də "Əl-Qaidə", "Əl-Nüsra", "İŞID" kimi kəlmələrin olub-olmamasını yoxlayıblar. Lakin belə adlı nə qovluğa nə də fayla rast gəlinib.

Prokuror Mert Altıntaşın FETÖ üzvü olduğunu və cinayətin də FETÖ tərəfindən təşkil olunduğunu açıqlayıb.


Baxış sayı: 3010 | Tarix: 19.12.2017
Bizi Telegramda izləyin: @repostaz