Bakıda qətl törədilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki. paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.
 
M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.  
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 
 
RePost.Az

Baxış sayı: 2307 | Tarix: 21.12.2017
Bizi Telegramda izləyin: @repostaz