Azərbaycan Mərkəzi Bankı sədrinin keçmiş müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.
 
RePost.Az-ın məlumatına görə, o, yanvarın 8-dən vəzifəsinin icrasına başlayacaq.
 
Xatırladaq ki, X.Abdullayev ötən ilin sentyabrında Mərkəzi Bankdakı vəzifəsini öz xahişi ilə tərk etmişdi.
 
Qeyd edək ki, ötən ilin sonundan vergilər nazirinin daha bir müşaviri Camal Qasımov təyin olunmuşdu.
 
RePost.Az

Baxış sayı: 2326 | Tarix: 06.01.2018
Bizi Telegramda izləyin: @repostaz