İranda 2 gecə qonaqlığına polis hücumunda daha 51 nəfər tutulub.

RePost.Az gunaz.tv-yə istinadən xəbər verir ki, hadisə Abadan və Tehran şəhərlərində baş verib. Dekabrın 22-də İranın Xuzistan əyalətinin Abadan şəhərindəki mənzillərdən birində keçirilən gecə kampaniyasına qəfil hücumda 26 qız və oğlan tutulub. Tutulanların əksəriyyəti universitet tələbələri olub.  Həmin gün, paytaxt Tehranda daha bir gecə qonaqlığına hücum olub. Polis hücumunda, gecə kampaniyasına qatılan 25 nəfər saxlanılıb. Bildirilir ki, sərxoş vəziyyətdə tutulnlardan biri, İran dövlət televizyonunun aktyorudur. Evdə yoxlamalar zamanı alkoqollu içkilər aşkarlanaraq götürülüb.

RePost.Az


Baxış sayı: 2592 | Tarix: 24.12.2016
Bizi Telegramda izləyin: @repostaz