İranın Prezident Aparatının həyətində silahlı insident baş verib. APA-nın Tehran bürosunun məlumatına görə, bir nəfər Prezident Aparatının yoxlama postlarını zorla keçməyə cəhd göstərib.
 
Bu zaman təhlükəsizlik xidmətinin əməkdaşları xəbərdarlıq atəşi açıb. Nəticədə həmin şəxs yaralanıb və Aparatın həyətinə keçmək cəhdinin qarşısı alınıb. Xəstəxanaya çatdırılan şəxsin 35 yaşlı kişi olduğu bildirilir.
 
Bundan əvvəl "Tasnim" Xəbər Agentliyi şahidlərə istinadən Prezident Aparatının həyətində atışma baş verdiyi barədə xəbər yayıb. Atışmaya səbəb naməlum şəxsin kəsici alətlə posta hücum etməsi olub.
 
Faktla bağlı araşdırma başlanıb.
 
RePost.Az


Baxış sayı: 4112 | Tarix: 05.02.2018
Bizi Telegramda izləyin: @repostaz