Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsitərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:
 
bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
 
fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
 
RePost.Az

Baxış sayı: 3751 | Tarix: 09.02.2018
Bizi Telegramda izləyin: @repostaz