Prezident İlham Əliyev İlqar Namaz oğlu Abbasovu ordenlə təltif edib. 
 
RePost.Az-ın məlumatına görə, prezidentin sərəncamında deyilir: 
 
"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İlqar Namaz oğlu Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".
 
Qeyd edək ki, İlqar Namaz oğlu Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır. 
 
RePost.Az

Baxış sayı: 2611 | Tarix: 09.02.2018
Bizi Telegramda izləyin: @repostaz