İranda 1979-cu il inqilabından sonra ölkə şəriət qanunları ilə idarə olunur. Bununla bağlı olaraq ölkədə bir çox qadağalar hökm sürür. Bunlardan ən başlıcası da spirtli içki və evlilikdənkənar cinsi əlaqədir.

Ancaq buna baxmayaraq,  ölkədə ciddi spirt və eşqbazlığı təmin edən bir mədəniyyət var: İran ev partiləri.

Repost.az faktor.az-a istinadən xəbər verir ki, ölkədə spirt istehsalı və ölkəyə spirt gətirmək qadağandır. Ancaq bu nöqtədə dövrəyə qanunsuz işlər girir. İran İnqilab Keşikçiləri yəni "Sepah"lar ölkədəki içkinin paylanmasında baş roldadır.

Sepahların özlərinə aid yoxlama sistemləri var və buradan çoxlu pul qazanırlar.

İranda içki paylama mərkəzi Sepahın özünə aid gömrük məntəqəsidir. Ölkədə normalda qadağan olan Amerika malları və içkilər Sepah gömrük məntəqələrinə əl altından girir və buradan bütün İrana paylanılır.

Ölkəyə girən bu içkilər qarabazar qiymətinə satılır.

Həmçinin içki qiymətinin üstünə bir də ona gedən yolda verilən rüşvətlər də əlavə olunarsa, spirtli içki almaq olduqca baha başa gəlir.

Buna görə də ölkədə əsasə varlılar içki içə bilir. Ancaq bu, əlbəttə, qanunla qadağandır və həbs cəzasına səbəb ola biləcək bir hərəkətdir.

Yaxşı, bəs, iranlılar içkini harada və necə içir?

İranlı zənginlər arasındakı ev ziyafətlərində...

Bu ziyafətlər  adətən Tehranın şimalındakı nisbətən üst kateqoriyadan olan varlıların evlərində baş tutur.

Bu ziyafətlərdə iştirak etmək isə heç də asan deyil. Olduqca oturmuş bir "tanış şəbəkəsi sistemi" var və etibarlı bir tanışınız yoxdursa, bura daxil olmaq asan başa gəlməz.

Başqa bir maraq doğuran məsələ isə həmin ziyafətlərdəki ab-havanın necə olması ilə bağlıdır.

Həmin məclislər olduqca böyük, yüksək tavanlı, əksər hallarda hovuzlu villalarda keçirilir.

Evə köçmüş gecə klubunu xatırladan bu ziyafətlərə qadınlar qapalı geyimdə gəlir, sorğu-sualdan sonra içəri keçə bilirlər.

İçəridə tamam başqa dünya var. Burada qadınlar uzun, qapalı geyimlərindən qurtulur, dekolteli paltarları, boyalı saçları və gözəl vücudları ilə ziyafətə qatılırlar.

Ziyafətlərdə adətən erməni arağı verilir.

Ölkənin erməni əhaləsi içki içməkdə və bunu iranlılarla bölüşməkdə sərbəstdirlər.

İranda 19-29 yaş arası kişilərin 25%-dən çoxunun evlənməzdən öncə cinsi əlaqədə olduğu məlum olub.

Evlilikdən kənar seksin  qadağan olunmasına baxmayaraq, baş verənlər Tehran rejimini hərəkətə gətirib.

Gənclərin problemləriylə əlaqədar bir ictimai qurum tərəfindən aparılan araşdırmaya görə, evlilikdən öncə cinsi əlaqələrin 13%-i arzuolunmaz hamiləlik və aborta səbəb olub.

İranın İslami qanunları, evlilikdən kənar cinsi əlaqə ilə yanaşı abortu da qadağan edir.

Araşdırma kişilərdə evlənmə yaşının 40, qadınlarda isə 35-ə çıxdığını ortaya qoyub.

Milli Gənclik Təşkilatı adlı qurumun ictimai-mədəni şöbəsinin məsul şəxsi Əli Əkbər Asarnianın ailə dəyərlərini təşviq etmək üçün təşkil edilən bir konfransda açıqladığı araşdırma nəticələri, İranda 15 milyon gəncin evlilik çağında olduğunu və bu rəqəmin hər il 1.5 milyon artdığını göstərib. Hökumətin təşviq etməsinə qarşı, İranda evlənənlərin sayı 2005-ci ildən bu yana 1.2% azalıb.

İran höküməti evlənmək istəyənlərə partnyor tapmaqda kömək edəcək büro da yaratmışdı.

 

 


Baxış sayı: 3048 | Tarix: 26.12.2016
Bizi Telegramda izləyin: @repostaz