Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsi sistemində hərbi qulluqçu kimi xidmət edən qadınlardan bəhs edən videorolik yayımlayıb.
 
RePost.Az “AzeriDefence”ə istinadən xəbər verir ki, videorolikdə ilk dəfədir DSX sistemində xidmət edən qadınlar barədə geniş məlumat əksini tapıb.
 
İndiyədək çoxlarımız qadın hərbi qulluqçuları DSX-də mərkəzi aparatı, dövlət sərhədin nəzarət buraxılış məntəqələrində, tibb məntəqələrində və qərargahlarda xidmət edən görmüşük.
 
Videodan göründüyü qədər DSX qadın hərbi qulluqçuları qərargahlarla yanaşı bilavasitə döyüş tapşırıqlarında iştirak edəcək sahələrdə xüsusi təyinatlı bölmələrdə atıcı, snayper, tankçı, zirehli texnika heyəti, Sahil Mühafizəsi gəmilərində müxtəlif vəzifələrdə, aviasiya dəstəsinin helikopterlərində pilot və digər sahələrdə də xidmət edirlər.
 
RePost.Az


Baxış sayı: 2877 | Tarix: 07.03.2018
Bizi Telegramda izləyin: @repostaz