Rusiyada Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 96,18 faizi hesablanıb. 
 
İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 76,5 faiz səslə irəlidədir.    İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 11,9 faizinin səsini toplaya bilib. Üçücü yerdə 5,7 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,6 faiz səslə Kseniya Sobçak gəlir.  Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.  Exit pollun nəticələrinə görə də, Vladimir Putin 70 faizdən çox səslə qələbə qazanıb.  Bununlada Putin kariyerası ərzində seçicilərdən rekord sayda səs toplamış olub. 
 
Manej meydanında keçirilən konsertə qatılan Putin seçkilərdə ona səs verənlərə öz təşəkkürünü bildirib. Siz - bizim ümumi komandamızsız. Mən bu komandanın üzvüyəm. Bu gün səs verənlər bizim böyük çoxmillətli komandamızdır. Onun sözlərinə görə, prezident seçkilərinin nəticəsi son illər görülən işlərə verilən yüksək qiymətdir.  Bununla bərbər ölkə başçısı andiçmədən sonra hökumətdə dəyişiklik edilib-edilməməsi haqqında qərar verəcəyini,  hələlik yeni anayasa  islahatları keçirməyəcəyini söyləyib. Rusiya Kommunist Partiyası isə MSK-nı Pavel Qrudininin səslərini azaltmaqda günahlandırıb. Pavel Qrudin seçkilərin  ədalətli keçmədiyini söyləyib.
 
RePost.Az
 
 
 

Baxış sayı: 4169 | Tarix: 19.03.2018
Bizi Telegramda izləyin: @repostaz