Rusiya vətəndaşı Bakıdakı şəxsi mənzilində təcavüzə məruz qaldığını iddia edir.

RePost.az xəbər verir ki,Bakıda yenə qadın zorlayıblar. Bu dəfə cinayət hadisəsi günorta vaxtı zərərçəkmişin öz mənzilində baş verib. Bu barədə Sputnik-ə Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Adı çəkilən rayonun 39-cu polis bölməsinə, 1981-ci il təvəllüdlü Rusiya vətəndaşı, müvəqqəti olaraq Bakıda Üzeyir Hacıbəyov küçəsindəki mənzildə yaşayan M.Q. ərizə ilə müraciət edib. Qadın ərizədə göstərib ki, günorta saat 15:00-da tanışı Rövşən onu zorlayıb. Hələlik şübhəli şəxs saxlanılmayıb. İstintaq zorlanmanın hansı şəraitdə baş verdiyi, yaxud da ümumiyyətlə baş-verib vermədiyini araşdırır.

RePost.az


Baxış sayı: 2459 | Tarix: 27.12.2016
Bizi Telegramda izləyin: @repostaz