ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiyasının Azərbaycana səfəri başlayıb.
 
Qurumdan verilən məlumata görə, missiya üzvlərinin bir qisminin səfəri ötən gün başlayıb və bu gün də davam edir.
 
Qeyd edək ki, qısamüddətli müşahidə missiyasına 280 ekspert daxildir. Daha əvvəl 30 nəfərlik nümayəndə heyəti ilə uzunmüddətli missiya Azərbaycanda səfərdə idi. Missiyaya Korien Yonker başçılıq edir. ATƏT PA, ATƏT DTİHB və AŞPA seçki günü koordinasiyalı şəkildə Bakı və bölgələrdə müşahidə missiyasını həyata keçirəcəklər. Parlamentar Nilza de Sena 3 qurum arasında koordinasiyanı həyata keçirəcək. Seçki ilə bağlı ilkin müşahidə səsvermədən sonrakı gün mətbuat konfransında açıqlanacaq. 
 
RePost.Az

Baxış sayı: 2668 | Tarix: 07.04.2018
Bizi Telegramda izləyin: @repostaz