"Neftçi” PFK heyətini gücləndirir.
 
RePost.az-ın klubun saytına istinadən bildirir ki, klub iki futbolçunu transfer edib. Yarımmüdafiəçi Namiq Ələsgərov və gürcü müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlanıb.
 
Namiq Ələsgərov "Bakı”, "Qarabağ” və "Kəpəz” klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 1995-ci il təvəllüdlü futbolçu Azərbaycan milli komandasının üzvüdür.
 
Georgi Navalovski isə Gürcüstanın "Dinamo” (Tbilisi), "Olimpi”, "Dila”, Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Energiya”, "Tosno”, Yunanıstanın "Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.
 
RePost.az
 

Baxış sayı: 2953 | Tarix: 28.12.2016
Bizi Telegramda izləyin: @repostaz