Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.
 
Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
 
RePost.Az

Baxış sayı: 2839 | Tarix: 19.04.2018
Bizi Telegramda izləyin: @repostaz