Ermənilər hakimiyyəti qəsb etmiş Serj Sərkisyanın istefasını ABŞ-ın Los-Anceles ştatında bayram kimi qeyd ediblər.
 
RePost.Az-ın məlumatına görə, Los-Anceles meriyası önündə toplaşan ermənilər Azərbaycanın musiqi incilərindən olan "Qadan mən alım” mahnısının sədaları altında şənlik keçiriblər.
 
Sözügedən görüntüləri "Amerikanın səsi” radiosu yayıb.
 
Qeyd edək ki, Ələkbər Tağıyevin bəstələdiyi bu mahnı Zeynəb xanım Xanlarova da daxil olmaqla, bir çox məşhur sənətçimizin ifasında səslənib.
 
RePost.Az


Baxış sayı: 3447 | Tarix: 24.04.2018
Bizi Telegramda izləyin: @repostaz