Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır.
 
RePost.AZ-ın “Sputnik Azərbaycan”a istinadən məlumatına görə, o, bu barədə parlamentdə jurnalistlərə açıqlamasında bəyan edib.
 
“Azərbaycan qeyri-konstruktiv və təcavüz siyasəti yeridir. Bizim əsas hədəfimiz ordunu gücləndirmək və döyüş hazırlığını artıqmaqdır”, - deyə o bildirib
 
Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyi əsas məsələdir:
 
“Hamıya aydındır ki, son hadisələr ordu və xalqın döyüş ruhunu artırdı. Biz Qarabağı dəstəkləyirik və əgər mən baş nazir seçilsəm, ilk olaraq operativ vəziyyətlə tanış olacam”.
 
RePost.AZ

Baxış sayı: 4131 | Tarix: 30.04.2018
Bizi Telegramda izləyin: @repostaz