Bakıdakı polis bölmələrindən birinə yeni rəis təyinatı olub.
 
RePost.Az-ın məlumatına görə, Daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsinə Məhşur Hüseynov təyin edilib. Qeyd edək ki, bu vəzifəyə kimi M.Hüseynov Nərimanov RPİ-nin 17-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb.
 
Xatırladaq ki, ötən ilin dekabr ayında Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə 2-ci polis bölməsinin rəisi Sahib Babayev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə rəis təyin olunub. Həmin müddətdən 2-ci Polis Bölməsində rəis vəzifəsi boş idi.
 
RePost.Az

Baxış sayı: 2687 | Tarix: 10.05.2018
Bizi Telegramda izləyin: @repostaz