Bakı Media Mərkəzi 26 may tarixindən etibarən “Son iclas” bədii-sənədli filminin "CinemaPlus" kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayişini təşkil edəcək. 
 
RePost.Az-ın məlumatına görə, filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. 
 
Filmin 26, 27 və 28 may tarixləri üçün nümayiş cədvəlini tezliklə ictimaiyyətin diqqətinə çatdırılacaq. 
 
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
 
RePost.Az
 

Baxış sayı: 7882