İranın paytaxtı Tehrandakı oğlanlar məktəbində direktor müavini öz kabinetində şagirdləri zorlayıb. 
 
RePost.Az-ın Günaz Tv-yə istinadən verdiyi məlumata görə, direktor müavini bir neçə şagirdə pornoqrafik film göstərək zorlayıb. Sonra 17 məktəblini öz kabinetində bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur edib. 
 
Cinayət faktı təcavüzə məruz qalan məktəblilərdən birinin hadisəni valideynlərinə danışmasından sonra ifşa edilib. Belə ki, övladlarının rəftarında dəyişiklik hiss edən valideynlər, onu dilə tutaraq danışdırmağa nail olublar. Yeniyetmənin məktəbdə onun və dostlarının başına gələnləri etiraf etməsindən sonar müdir müavininin cinsi qurbanlarına çevrilən 17 şagirdin valideynləri etiraz aksiyası keçiriblər. Adı açıqlanmayan təcavüzkar şəxs tutulduqdan sonar törətdiyi əməllərini etiraf edib. 
 
RePost.Az


Baxış sayı: 3105 | Tarix: 30.05.2018
Bizi Telegramda izləyin: @repostaz