Rusiyanın Ekaterinburq şəhərində iyunun 1-ə keçən gecə qar yağıb.
 
Məlumata görə, sinoptiklər buludlu hava şəraiti olacağı barədə məlumat versələr də, qarın yağması sakinlər üçün gözlənilməz olub.
 
Qar bir saat ərzində fasiləsiz yağıb. Gecə havanın temperaturu -4 və - 9 arasında dəyişib.
 
Bugünkü proqnoza görə, Rusiyanın bu şəhərində arabir yağış gözlənilir.
 
Qeyd edək ki, ötən gün Rusiyanın Kirov şəhərinə də qar yağmışdı.
 
RePost.Az

Baxış sayı: 2991 | Tarix: 01.06.2018
Bizi Telegramda izləyin: @repostaz