“Qarabağ" klubu iyunun 20-də Avstriyada təlim-məşq toplanışına başlayacaq.
 
Klubdan RePost.Az-a verilən məlumata görə, Ağdam təmsilçisi hazırlıq prosesində dörd yoxlama oyununda qüvvəsini sınayacaq. 
 
Komanda iyunun 23-ü Bolqarıstanın “Ludoqorets”, 26-sı Avstriyanın “Vakker İnsbruk”, 30-u Suriya milli komandası və iyulun 4-ü isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək. 
 
RePost.Az

Baxış sayı: 3105 | Tarix: 01.06.2018
Bizi Telegramda izləyin: @repostaz