Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.
 
RePost.Az

Baxış sayı: 2820 | Tarix: 06.06.2018
Bizi Telegramda izləyin: @repostaz