Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
 
Çempionatın üçüncü günündə C qrupunda yer alan Fransa yığması ilə Avstraliya yığması ilə Kazanda görüşüb.
 
Görüş Fransanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Antuan Qrizmann və Pol Poqba avstriyalıların qapısına iki dəfə yol tapıb. Mile Yedinak fransızların qapısını nişan almaqla rəqib yığmanın heyətində fərqlənib.
 
Saat 17:00-da D qrupu üzrə Argentina - İslandiya, saat 20:00-da C qrupu üzrə Peru - Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya - Nigeriya arasında oyunlar keçiriləcək.
 
Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.
 
Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.
 
İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.
 
RePost.Az

Baxış sayı: 3466 | Tarix: 16.06.2018
Bizi Telegramda izləyin: @repostaz