Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.
 
RePost.Az-ın məlumatına görə, "Yekaterinburq Arena"da Fransa millisi Peru ilə üz-üzə gəlib. Qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 34-cü dəqiqədə Kilian Mbappe vurub. 
 
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 2 oyuna xal toplaya bilməyən Peru yığması isə qrupda qalıb.
 
DÇ-2018
 
21 iyun
 
II tur
 
C qrupu
 
19:00. Fransa - Peru 1:0 
 
Qol: Kilian Mbappe, 34
 
Hakimlər: Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd əl-Həmmədi, Həsən əl-Məhri (BƏƏ), Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola)
 
Yekaterinburq, "Yekaterinburq Arena"
 
Qeyd edək ki, daha əvvəl Rusiya və Uruqvay komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.
 
RePost.Az

Baxış sayı: 3352 | Tarix: 21.06.2018
Bizi Telegramda izləyin: @repostaz