Türkiyənin Bodrum şəhərindəki “Medusa” gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.  
 
RePost.Az-ın məlumatına görə, dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. Nəticədə klubun sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb.
 
Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar.  
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 4169 | Tarix: 21.06.2018
Bizi Telegramda izləyin: @repostaz