Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulur.
 
“Volqoqrad” arenada “H” qrupunda yer alan Yaponiya yığması qrupun autsayderi olan Polşa milli komandası ilə qarşılaşıb. Oyun 0:1 hesabı ilə polşalıların xeyrinə başa çatıb.
 
Qollar: Bednarek (60-cı dəq.)
 
Samaranın “Kosmos” arenasında isə Seneqal təmsilçiləri Kolumbiya yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda qalib tərəf Kolumbiya millisi olub. Oyun 0:1 hesabı ilə başa çatıb.
 
Qollar: Mina (74-cü dəq)
 
Beləcə yekun nəticələrə görə “H” qrupundan Kolumbiya altı xalla birinci, Yaponiya isə dörd xalla ikinci yerdə çıxıb. Komandaların 1/8 finaldakı rəqibləri 22-00-da başlayacaq “G” qrupunun oyunlarından sonra məlum olacaq.
 
RePost.Az

Baxış sayı: 3561 | Tarix: 28.06.2018
Bizi Telegramda izləyin: @repostaz