Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.
 
RePost.Az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşacaq.
 
Görüşün başlama saatı da artıq müəyyənləşib. Belə ki, oyunun start fiti Bakı vaxtı ilə 20:30-da səslənəcək.
 
Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında “Ludoqorets” (Bolqarıstan - 1:1) və “Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib.
 
RePost.Az

Baxış sayı: 3029 | Tarix: 29.06.2018
Bizi Telegramda izləyin: @repostaz