Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:
 
general-leytenant ali hərbi rütbəsi
 
general-mayor Fazil Nəriman oğlu Ələkbərova
 
polis general-mayoru ali xüsusi rütbəsi
 
polkovnik Heydər Teyyub oğlu Heydərova
 
Qeyd edək ki, F.Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, H.Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
 
RePost.Az

Baxış sayı: 2383 | Tarix: 29.06.2018
Bizi Telegramda izləyin: @repostaz